Biz Patriot da almağa talib olduğunu açıq şəkildə bildirmişik. Haqq və hüququmuzu qorumaq şərtilə müzakirələr davam edir, yaxın günlərdə yekun qərar veriləcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar ABŞ-la yaşanan F-35 qırıcıları ilə bağlı böhrana toxunarkən deyib.
F-35 hərbi təyyarə proyektində Türkiyənin 8 ortaqdan biri olduğunu vurğulayan Hulusi Akar bu günə qədər böyük miqdarda pul yatırıldığını qeyd edib:
“Üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirmişik. Anlaşma çərçivəsində dördüncüsü bu gün olmaqla üç təyyarə təslim edilib. Bizim orada pilotlarımız var. Vəziyyət budur, yerdə qalanlar nağıldır”.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, ABŞ “Patriot” zenit-raket kompleksi ilə bağlı təklif irəli sürsə də, onu satacağına təminat verməyib.