5 Aprel 2019 21:42
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya istehsalı olan S-400-lərlə bağlı ödənişlərin əsas qismini icra etdiklərini bildirib:

"Ödəmələrimiz hələ də davam edir. İyul ayında təhvil-təslim başlayacaq. Dördüncü nəsil F-35-lər də qısa vaxt ərzində bizə təhvil veriləcək. ABŞ-dan verilən bəyanatlar çox yanlış. Biz öncə ABŞ-a təklif etmişdik ki, patriotlarını satsınlar. Amma onlar Rusiyanın bizə təklif etdikləri şərtləri etmədilər. Çox fərqli şərtlər idi. F-35-lərə gəldikdə isə bir-ikisini təhvil almışıq. Bunlar hazırda Amerikadadır. Üçüncünü də təhvil verdilər. Yaxın vaxtlarda dördüncü qırıcını da verəcəklər. Pilotlarımız oradadır. Xarici işlər naziri Çavuşoğlu ABŞ-da NATO-nun toplantısına qatıldı. NATO baş katibi Stoltenberq üzv olkələrə sanksiya məsələsəindən danışdı. Bu doğru deyildi".

Ərdoğan qeyd edib ki, NATO üzv ölkələrin hansı dövlətdən hansı silahı almasına qarşmaq ixtiyarında olmadığını diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər