6 Aprel 2019 14:58
2 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-rəsmi nəticələrə görə, İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu barəsində cinayət işinin açılmasını tələb edən şəxsin kimliyi məlum olub.

Teleqraf.com xəbər verir ki, Samsun şəhərində vəkil Əlif Özge Çankaya Əkrəm İmamoğlunun “Anıtkabir”i İstanbul bələdiyyəsinin sədri qismində ziyarət etməsi barədə Baş Prokurorluğa müraciət edib.

Çankayanın Ədalət və İnkişaf Partiyasının (AKP) Samsun şöbəsinin keçmiş sədri Adəm Güneyin yanında işlədiyi ortaya çıxıb.

***

10:35

Türkiyədə bələdiyyə seçkilərində İstanbul bələdiyyə sədrliyinə namizəd olmuş Əkrəm İmamoğlu barəsində ittiham irəli sürülüb.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, dövlət vəzifəsini qanunsuz olaraq öz adına çıxmaqda ittiham olunur.

Əkrəm İmamoğlu seçkinin nəticələri dəqiqləşmədən, bələdiyyə sədri seçilməsi barədə rəsmi sənəd almadan İstanbul şəhərinin bələdiyyə sədri kimi Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını (Anıtkabir) ziyarət edib.

O, Türkiyə Cinayət Məcəlləsinin 262/1 maddəsi üzrə “Dövlət vəzifəsini qanunsuz olaraq öz adına çıxmaq”da ittiham olunur.

Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçirilib. İlkin nəticələrə görə, CHP-nin namizədi Əkrəm İmamoğlu İstanbulun yeni bələdiyyə sədri seçildiyi bildirilsə də, AKP buna etiraz edib. Hazırda bəzi dairələrdə səslərin yenidən sayılması prosesi gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər