Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun Vladimir Putinə bağışladığı kartofu bəyənib-bəyənməməsindən danışıb.
Telqraf.com xəbər verir ki, o, STV telekanalının efirində deyib:
“Belarus kartofu çox dadlıdır. Və belə ənənəvi hədiyyələr mübadiləsi müntəzəm həyata keçirilir”.
Bununla belə, Dmitri Peksov Belarus kartofundan Vladimir Putinə hansı yemək bişirildiyini tam izah edə bilməyib.
Xatırladaq ki, 2019-cu ilə bir neçə gün qalmış Belarus Prezidenti rusiyalı həmkarı ilə görüşə gələrkən ona bir neçə kisə elit sort kartof gətirib. Eyni zamanda, Belarus lideri püre və suda bişirmək üçün hansı kartofun daha yaxşı olduğunu açıqlayıb.
Bundan əlavə, Lukaşenko Putinə Belarusda istehsal olunmuş donuz yağı hədiyyə edib.