6 Aprel 2019 17:14
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb mətbuatı Livanın “Əl-Əxbar” qəzeti ABŞ Prezidenti Donald Trampın “Əsrin sövdələşməsi”ni qızğın müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bundan öncə “Al-Khaleej” qəzeti D.Trampın İsrail-Fələstin münaqişəsinin həllini nəzərdə tutan sövdələşməsinin şərtlərinin 15 may 2019-cu ildə rəsmən açıqlanacağını yazıb.

“Əl-Əxbar”ın yazdığına görə, sövdələşmənin mərkəzində Fələstin qaçqınları probleminin əsas ağırlığının düşdüyü İordaniya Haşimilər Krallığı dayanır. Krallıq bu çərçivədə 1 milyon fələstinli qaçqına vətəndaşlıq verəcək.

Bundan əlavə, plan ən inanılmaz addımlar atılmasını nəzərdə tutur. İordaniya monarxiyası daxilində konfederasiya yaradılacaq.

Bunun əvəzində iordaniyalılar və misirlilərə ümumi məbləği 110 milyon dollar olan böyük iqtisadi yardım vəd edilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər