ABŞ Prezidenti Donald Tramp İran İnqilab Keşikçiləri Qvardiyasını (SEPAH) terror təşkilatı kimi tanımağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Wall Street” qəzeti məlumat yayıb.
Nəşr Trampın SEPAH-ı “Terror təşkilatları siyahısı”na salacağının artıq dəqiqləşdiyini və bunu yaxın vaxtlarda elan edəcəyini bildirib.
Həmin iddia “Röyters” agentliyi tərəfindən də yayımlanıb.
Ağ Ev və Müdafiə Nazirliyi (Pentaqon) hələlik məsələyə dair açıqlama verməyib.