Rusiya başqa ölkələr kimi deyil ki, gec-tez alternativ taparaq Qərbin arxasınca sürünsün.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı tarixçi Timoti Snayder “Gazeta Wyborcza”ya müsahibəsində deyib.
O qeyd edib ki, Vladimir Putin Rusiyanın Avropa İttifaqına üzv və ya yaxın müttəfiq ola bilməyəcəyini anlayanda Avopaya xaos ixrac etmək lazım gəldiyini başa düşdü. Vladimir Putin bu yolla Avropanın özünü Rusiyaya oxşatmağa çalışır:
“Bizim Rusiya ilə bağlı iki səhvimiz var. Birincisi, özümüzü inandırmışıq ki, o, avtoritardır. Mən belə düşünmürəm. İkincisi, Rusiyanın artıq əhəmiyyətinin olmadığına əminliyimizdir.
Düşünürük ki, Rusiyanın parlaq gələcəyi üçün yalnız bir yolu var – Moskva bizim arxamızca sürünəcək, amma əvvəl-axır başqa alternativi olmadığı üçün bizə qoşulacaq. Bəs birdən Rusiya alternativlər tapsa necə olacaq?”