Nigeriyanın Katsina ştatında avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.
Qəza nəticəsində ən azı 19 nəfər ölüb, 38 nəfər isə yaralanıb.
Qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib. Ölkənin yol təhlükəsizliyi xidmətinin nümayəndəsideyib ki, həddindən artıq yüklənən avtobusun sürücüsü sürət həddini aşıb və idarəetməni itirib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.