Litva vətəndaşı Skirmantas Strimaytis Vilnüsdən İtaliyaya uçan “Boeing 737-800” tipli təyyarənin yeganə sərnişini olub.
Teleqraf.com xəbər verir ki, 188 nəfərlik sərnişin daşıma qabiliyyətinə malik təyyarədə litvalı sərnişin İtaliyanın Bergamo aeroportuna iki pilot və beş bort köməkçisi ilə birlikdə uçub.
Turist şirkəti “Novatrus”un məlumatına görə, təyyarə İtaliyadan Litvaya turist qrupunu gətirmək üçün göndərilsə də, turfirma yalnız bir tərəfə bilet sata bilib.