Gürcüstanın paytaxtı Tbilisinin Diğomi yaşayış massivində yerləşən beşmərtəbəli binada partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, partlayışa səbəb qaz sızması səbəb olub.
Hadisə yerinə gələn məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib ki, partlayış nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan biri 7 aylıq körpədir. Yaralılar xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır.
Binaya və ətrafdakı tikilələrə ziyan dəyib. Hazırda xilasedicilər hadisə yerində işləyirlər.