Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsrail baş naziri Binyamin Netanyahunun son bəyanatını tənqid edib.
Teleqraf.com xəbər verir ki, Çavuşoğlu özünün “Twitter” səhifəsində Netanyahunun İordan çayının qərb sahilindəki yəhudi məskənlərini İsrail suverenliyinin əhatəsinə daxil etmək vədinə münasibət bildirib.
“İordan çayının Qərb sahili İsrail tərəfindən beynəlxalq hüquq normaları pozulmaqla, işğal olunmuş Fələstin torpağıdır. Netanyahunun İsraildə seçkilərdə əlavə səs qazandırmaq məqsədi daşıyan məsuliyyətsiz bəyanatı bu faktı dəyişə bilməz”, - deyə Çavuşoğlu vurğulayıb.