ABŞ-ın daxili təhlükəsizlik naziri Kristyen Nilsen vəzifəsindən istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp özünün "Twitter" səhifəsində yazıb:
"Mən xanım Nilsenə göstərdiyi xidmətlərə görə təşəkkür edirəm" - sitatın sonu.
Ağ Evdən bildirilib ki, bundan sonra onun vəzifəsini müvəqqəti olaraq İmmiqrasiya və Gömrük Xidmətinin rəisi Kevin Makelinen icra edəcək.
Qeyd edək ki, son günlər mətbuatda Donald Trampın Nilsenin fəaliyyətindən narazı olduğu və onu istefaya göndərməyə hazırlaşdığı ilə bağlı məlumatlar yer alıb.