Millətçi Hərəkat Partiyasının (MHP) Qars rayon təşkilatının sədri Uğur Boy sui-qəsdə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, Uğur Boy avtomobillə Arpa çayı istiqamətində hərəkət edərkən arxadan onu izləyən avtomobildəki şəxslərin silahlı hücumuna məruz qalıb.
Məlumata görə, ona silahla atəş açıldığını görən Uğur Boy avtomobilinin sürətini artırıb. Avtomobilə 5 güllə vurulsa da, MHP funksioneri hücumdan xilas ola bilib.
Ona hücum edən şəxslər hadisədən sonra qaçıblar. Uğur Boy hadisə haqqında polisə məlumat verib. Polis cinayət hadisəsini araşdırır.