“Azərbaycanla müharibə istəmirik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müdafiə naziri David Tonoyan deyib.
O, rəsmi İrəvanın Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməkdə maraqlı olduğunu bildirib.
Bir neçə gün əvvəl isə David Tonoyan Azərbaycana qarşı yeni ərazi iddiası irəli sürmüşdü. O, münaqişəsi üçün yeganə formulun “yeni ərazilər, yeni müharibə” olduğunu demişdi.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun erməni həmkarına cavabı isə görünür onu narahat edib.
Z.Həsənov məlum açıqlamasında, “onlar hücuma keçsəydilər, mən onunla İrəvanda görüşəcəkdim” deyib.