9 Aprel 2019 08:24
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Yaxın Şərqdə ABŞ qoşunlarına mümükün hücumu Tehran üçün cavabsız qalmaz.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərin qarşısında çıxış edən ABŞ dövlət katibi Maykl Pompeo deyib.

M.Pompeo bildirib: "Mən keçmişdə İranın xarici işlər naziri Zərifin çox bəyanatlarını eşitmişəm. Biz aydın şəkildə göstərdik ki, - həm ictimai, həm də özəl qaydada - ABŞ-ı hücum etməklə hədələyərək onlar iki dəfədən artıq düşünməlidirlər".

Dövlət katibi vurğulayıb ki, ABŞ bir həftədən sonra İslam İnqlabı Keşikçiləri Korpusunu ölkənin xarici terror təşkilatları siyahısına daxil edəcəklər.

Bundan əlavə M.Pompeo qeyd edib ki, İslam İnqlabı Keşikçiləri Korpusu və general Qasem Süleymani bir neçə il öncə İraqda 603 ABŞ hərbçisinin ölümündən məsuliyyətlidirlər.

Dövlət katibindən sonra çıxış edən Dövlət Departamentinin terrorizmlə mübarizə məsələləri üzrə koordinatoru Neytan Seyls bildirib ki, İslam İnqlabı Keşikçiləri Korpusunu dəstəkləyən xarici vətəndaşlar ABŞ ərazisində 20 il həbs cəzası ilə qarşılaşa bilərlər.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər