9 Aprel 2019 12:54
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saxalin Vilayət Apelyasiya Məhkəməsi regionun keçmiş başçısı Aleksandr Xoroşavinlə bağlı məhkəmənin qərarını dəyişməyib.

Teleqraf.com xəbər verir ki, qubernator və onunla əlbir olan bir neçə şəxs rüşvər almaqda ittiham olunaraq 2015-ci ilin martında həbs olunublar.

Bu il fevralın 9-da A.Xoroşavin cəzasını ciddi rejimli həbsxanada çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, o, 500 milyon rubl cərimə olunub.

A.Xoroşavin həbs olunarkən Rusiyanı öz sərvəti ilə təəccübləndirmişdi. Paytaxt regionunda 4 mənzil, 6 avtomobil, qızıl-zinət əşyaları, rublda və xarici valyutada böyük məbləğdə (ümumilikdə 700 milyon rubl) nağd pul – bunlar hələ onun sərvətinin hamısı deyil.

Təkcə axtarış zamanı ələ keçirilən qələmlər 36 milyon rubl dəyərində qiymətləndirilmişdi.

A.Xoroşavin 2009-cu ildə Rusiyanın ən zəngin qubernatoru adlandırılmışdı. “Onun vəkilləri müvəkkilləri barədə məhkəmə qərarına etiraz etməyə davam edəcəklər. Bunun üçün onlarda pul var”, – deyə Rusiya mediası bildirir.


Müəllif: Səxavət

Oxşar xəbərlər