9 Aprel 2019 15:39
2 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan transseksual Lilit Martirosyanın parlament iclasındakı çıxışından danışıb.

Teleqraf.com xəbər verir ki, o, buna görə keçmiş hakim partiya Respublikaçı və Çiçəklənən Ermənistan Partiyasını ittiham edib.

Paşinyan bunu iki partiyanın hakimiyyətə qarşı yönəlmiş siyasi təxribatı adlandırıb:

“2015-ci ildə “mühafizəkar” Respublikaçı Partiyası Vaqarşak adında bu kişiyə Lilit Martirosyan adında pasport verib. Respublikaçıları homoseksual adlandıranda haqlı idim”.

Qeyd edək ki, aprelin 7-də parlamentin axşam sessiyasında bir “qadın” kürsüyə yaxınlaşaraq eynicinslilər barədə çıxış etməyə başlayıb. Lilit Martirosyan ölkədə transgenderlər və transseksualların durumunun acınacaqlı olduğunu vurğulayıb.

İclasın aparıcısı deputat Naira Zöhrabyan onun sözünü yarımçıq kəsərək “Gündəlikdə belə məsələ yoxdur” deyə onu kürsüdən uzaqlaşdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər