9 Aprel 2019 20:47
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə “S-400” Rusiya zenit raket komplekslərini əldə edərsə, onda ona qarşı sanksiyalar daxil ediləcək.

Tteleqraf.com xəbər verir ki, bu haqda Amerika senatorlar qrupunun “The New York Times” üçün qələmə aldığı məqaləsində deyilir.

“İlin sonuna Türkiyə ya “F-35” qırıcıları, ya da “S-400” hava hücumuna qarşı müdafiə üzrə Rusiya sistemlərinə malik olacaq”, - qeyd edilib.

Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçim dünyada onun ölkəsinin yeri, həmçinin ABŞ-la münasibətləri və NATO-dakı mövqeləri üçün ciddi nəticələrə səbəb olacaq.

“Əgər prezident Ərdoğan bu seçimi etməzsə və “S-400”-ləri alarsa, onda Türkiyəyə qarşı ABŞ qanunvericiliyinə uyğun olaraq sanksiyalar tətbiq ediləcək”, - məqalədə bildirilir.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putinlə görüşən Ərdoğan “S-400” məsələsinin artıq bitdiyini bəyan edib.

Aprelin 3-də isə ABŞ-ın vitse-prezident Maykl Pens Türkiyəni NATO və “S-400” arasında seçim etməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər