9 Aprel 2019 23:30
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Tereza Mey Brexit məsələsi üzrə müzakirələr aparmaq üçün Berlinə gəlib. Lakin baş naziri avtomobilindən düşərkən girişdə heç kim qarşılamayıb.

The Independent yazıb ki, Angela Merkel həmkarını qarşılamağı unudub. Mey görüş zalına daxil olduqdan bir neçə dəqiqə sonra Merkellə birlikdə bayıra çıxıb. Onlar jurnalist və fotoqraflar üçün əl sıxışıblar.


Müəllif: Teleqraf.com