10 Aprel 2019 01:15
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya parlamentinin İcmalar Palatası baş nazir Tereza Meyin Avropa İttifaqından (Aİ) çıxma tarixinin aprelin 12-dən iyunun 30-na keçirilməsi planını bəyənib.

Teleqraf.com-un məlumatına görə, 420 parlament üzvü bu addımın leyhinə, 110 parlament üzvü isə əleyhinə səs verib.

Qeyd edək ki, daha öncə Mey Avropa İttifaqından-dan "Brexit"in iyunun 30-na keçirilməsini istəyib, Aİ isə krallığın çıxmasını gələn ilin martına keçirməyi təklif edib.

Qərar şənbə günü Avropa Şurasının icalasında qəbul ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər