10 Aprel 2019 01:35
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT İranda baş verən təbii fəlakət nəticəsində zərər çəkənlərə 1,42 milyon dollar yardım edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri BMT-nin İrandakı rezident əlaqələndiricisi Uqoçi Daniels deyib. O bildirib ki, BMT sel zamanı evlərini itirmiş insanlara humanitar yardım şəklində dava-dərman, isti paltar, içməli su, çadır və digər ləvazimatlardan əlavə, İrana 1,42 milyon dollar həcmində pul da verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər