10 Aprel 2019 08:45
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın hazırkı prezidenti Petro Poroşenko yalnız kütləvi saxtakarlıqla seçkilərin ikinci turunu qazana bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bəyan edib.

Onun sözlərinə görə, əhalinin Petro Poroşenkoya real dəstəyi Vladimir Zelenskiyə nisbətdə çox aşağıdır.

"Bu halda hazırki prezidentin yalnız bir çıxış yolu qalır - istefa vermək. Namizədlərin reytinqi onların şanslarını müəyyən edir. Bunu müqayisə etmək isə gülüncdür. Zelenskiyə dəstək onu rəqibindən iki dəfə çoxdur. Poroşenkonun yerinə olan hər hansı bir normal şəxs istefa verərdi. Prezident seçkilərinin birinci turunun nəticəsi sırf Poroşenkonun əhalini bezdirməsi ilə bağlıdır".

"İzvestiya" nəşri qeyd edir ki, müaxlifətdə olan partiyalar reytinqlərinə mənfi təsir edəcəyindən çəkinərək, açıq şəkildə V. Zelenskini dəstəkləməsə də öz seçicilərinə P. Poroşenkonun əleyhinə səs verməyə çağırırlar.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər