10 Aprel 2019 09:01
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ilə görüşəcək.

Teleqraf.com xəbər verir ki, görüş yerli vaxtla saat 12-də Prezident Külliyyəsində keçiriləcək.

Görüşün gündəmi məlum olmasa da, liderlərin bələdiyyə seçkilərində son durum və İstanbul seçimlərinin nəticələrinin müzakirə edəcəyi ehtimalı var.

Xatırladaq ki, 31 mart bələdiyyə seçkilərinə "Cümhur İttifaqı" yaradaraq vahid blokda qatılan AKP-MHP cütlüyü İstanbulda seçkilərin nəticələrinə etiraz edir.

Ötən gün MHP lideri Dövlət Baxçalı İstanbulda seçkilərin nəticələrinin ləğv oluna biləcəyini deyib.

Rəcəb Tayyib Ərdoğan da analoji açıqlama verərək nəticələrin ləğvi ehtimalını dəstəkləyib. Bununla belə, Ərdoğan qərarın MSK-da qəbul oluncağını söyləməklə topu seçki qurumuna ötürüb.

İlkin nəticələrə görə, İstanbul bələdiyyə sədrliyinə CHP namizədi Əkrəm İmamoğlu seçilib. AKP nəticələrlə razı deyil.


Müəllif: Mahir

Oxşar xəbərlər