10 Aprel 2019 10:30
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Türkiyədən 9 il müddətinə hakimlik edəcək şəxsin kimliyi bəlli olub.

Teleqraf.com xəbər verir ki, Səadət Yüksəl 111 səslə bu posta seçilib.

Yüksəl bu vəzifədə İşil Qaraqayanı əvəz edəcək.

Səadət Yüksəl Harvard Universitetini bitirib, İstanbul Universitetində doktorluq dissertasiyasını müdafiə edib. Hazırda İstanbul Universitetində konstitusiya hüququ kafedrasına rəhbərlik edir. Eyni zamanda Koç Universitetinin müəllimidir.

2018-ci ildən Qətərin Hamad Bin Xəlifə Universitetində də mühazirələr deyir.


Müəllif: Cavad

Oxşar xəbərlər