10 Aprel 2019 12:39
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keçmiş dövlət rəsmilərinin seçkilərdən sonra yeni siyasi partiya yaradacağı iddiaları artıq təsdiq olunur. Keçmiş prezident Abdullah Gül öz müttəfiqlərinə bir az da gözləmək məsləhətini verib”.

Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Ahmet Takan deyib.

Ekspert keçmiş dövlət rəsmilərinin partiya yaratmaqda israrlı olduğunu və bu təşəbbüsün reallaşmasının zaman məsələsi olduğunu bildirib:

“Mansur Yavaşın Ankarada, Əkrəm İmamoğlunun İstanbulda seçkiləri qazanması ölkənin siyasi həyatında yenilik istəyənlərin sayının artmasından xəbər verir. Əlbəttə, bu yenilik AKP xaricində olacaq.

Hələlik İstanbulda seçkilərin son nəticələri hesabalanarkən, Abdullah Gül ətrafında yeni siyasi partiyanın qurulması üçün sabiq dövlət rəsmilərinin iştirakı ilə iclas keçirilib. Abdullah Gülə yaxın mənbələrdən verilən məlumata görə, yeni siyasi partiyanın lideri keçmiş xarici işlər naziri Ali Babacan olacaq. Keçmiş baş nazir Əhməd Davudoğlunun taleyinə gəlincə, ya Ali Babacanın liderliyini qəbul edəcək, ya da öz partiyasını quracaq”.

Ahmet Takan qeyd edib ki, Gül tərəfdarları partiya quruculuğuna 31 mart seçkilərindən dərhal sonra başlayıb: “Lakin Abdullah Gül hələlik “bir müddət gözləyin” təlimatını verib”.

Politoloq qeyd edir ki, yeni partiyanın 2023-cü ildə keçiriləcək prezident seçkisi üçün namizədi də bəllidir: “Abdullah Gül qarşıdakı seçkilərdə indiki Prezident Rəcəb Tayyib Ərdoğana rəqib olacaq. Bununla bağlı partiya təsisçilərinin razılaşması var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər