Əgər ABŞ Türkiyəyə “Patriot” raketlərinin çatdırılmasından imtina edərsə, Ankara Rusiya ilə S-400 zenit-raket kompleksinin alqı-satqısına dair daha bir müqavilə bağlaya bilər.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
NTV telekanalına verdiyi müsahibədə xarici işlər naziri bildirib:
“Əgər ABŞ bizə “Patriot” satmaq istəmirsə, biz ikinci S-400 kompleksi və digər hava hücumundan müdafiə sistemləri ala bilərik”.
Daha öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiyanın raket əleyhinə müdafiə sistemlərinə dair təklifi ABŞ-ın təklifinə nisbətən daha sərfəlidir. Dövlət başçısı Rusiya zenit-raket kompleksinin çatdırılmasının iyuldan əvvəl həyata keçirilə biləcəyini də istisna etməyib.