ABŞ-ın “Boeing” kompaniyası 737 model təyyarələrin alınması üçün mart ayında bir sifariş belə almayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, mart ayında şirkət müştərilərinə yalnız 11 ədəd 737 MAX modeli təqdim edib. Bu rəqəm cari ilin əvvəlki iki ayındakına nisbətən 2 dəfə azdır. Belə ki, fevral ayında “Boeing” bu model təyyarələr üçün 27, yanvar ayında isə 24 sifariş icra edib.
Daha öncə məlum olmuşdu ki, “Boeing” şirkəti aprel ayının ortalarından etibarən 737 MAX modeldən az istehsal etməyi planlaşdırır.
Qeyd edək ki, bu model təyyarələrin son vaxtlar tez-tez qəzaya uğramaları ona olan etimadın kəskin şəkildə aşağı düşməsinə səbəb olub.