11 Aprel 2019 10:29
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib.

Məlumatı “Al-Arabiya” televiziyası yayıb.

Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır, onun mühafizəçisi həbs olunub.

“Al-Hadath” telekanalının məlumatına görə, minlərlə insan küçələrə çıxaraq, Ömər əl-Bəşir rejiminin sona çatmasını bayram edir./report/

***

09:43

Sudanda ordu hərbi çevriliş edib.

Bu barədə “Al-Mayadin” telekanlı məlumat yayıb.

Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifərdən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb./report/

***

09:19

Sudan ordusu paytaxtı Xartumda dövlət televiziyasının binasını hücumla tutub.

Teleqraf.com xəbər verir ki, ölkədə çevriliş təhlükəsi var.

Sudan hərbçiləri prezidentin və hökumətin istefaya göndərildiyini bəyan ediblər.

Bundan əvvəl Xartumda Sudan ordusunun Baş komandanlığının təcili iclası keçirilib. Prezident Ömər əl-Bəşir iclasda iştirak etməyib.

Qeyd edək ki, 2018-ci ilin dekabrından Sudanda Prezident Ömər Həsən Əhməd əl-Bəşirin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. O, 1944-cü ildə anadan olub. 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir.

Ötən şənbədən üzü bəri qarşıdurma nəticəsində 5-i hərbçi olmaqla 21 nəfərin həlak olduğu, 153 insanın yaralandığı bilidrilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər