11 Aprel 2019 10:54
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində ölkələri qarşısında yazılan həriflərlə onların hansı dərəcədə təhlükəli olmasını nəzərdə tutan sistem işə başlayıb.

Teleqraf.com xəbər verir ki, yeni sistemdə ilk dəfə istifadə edilən “K” hərifi Türkiyəyə qarşı tətbiq edilib.

Türkiyənin adı qarşısında “K” hərfinin qoyulması isə bu ölkədə “ABŞ vətəndaşlarının oğurlana bilməsi” xəbərdarlığı hesab olunur.

Yeni sistem əsasən ABŞ vətəndaşları üçün təhlükəsiz ölkələrin siyahısını müəyyən etmək məqsədi güdür.

35 ölkənin adı qarşısında “K” hərifinin yazılacağını qeyd edən ABŞ rəsmiləri bu siyahıda Filippin, Rusiya, Pakistan, Suriya, İraq, İran Keniya, Venesuela və Pakistan kimi ölkələrin də olacağını qeyd ediblər.

Yeni sistemdə adı qarşısında “T” hərifi yazılan ölkələrdə terrorizm, “N” hərfi yazılan ölkələrdə təbii fəlakət, “U” hərifinin yazıldığı ölkələrdə isə qiyamların ola biləcəyini işarət edir.


Müəllif: Cavad

Oxşar xəbərlər