Ukrayna ordusu Donbasda separatçıların nəzarətində olan və Rusiya tərəfindən dəstəklənən bir sıra gözətçi məntəqələrinə zərbə endirib.
Teleqraf.com xəbər verir ki, 46-cı ordu birləşməsinə aid qrupların əməliyyatı zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.
Xatırladaq ki, Ukraynada 2014-cü ildə vətəndaş müharibəsi salınıb və bunun nəticəsi olaraq Rusiya tərəfindən dəstəklənən separatçılar Donbasda hakimiyyəti ələ keçirərək “müstəqillik” elan ediblər.