Sudan ordusu dövlət başçısı Ömər el Bəşiri hakimiyyətdən salıb. Hazırda Sudan ordusunun Baş Qərargah rəisi, general Kamal Əbdül Marul müvəqqəti hökumətin başçısı hesab olunur.
Teleqraf.com xəbər verir ki, bu haqda Sudanın hərbi qaynaqları məlumat verib.
Məlumatda prezident Ömər el Bəşirin həbs olunduğu bildirilir.
Ərəb xəbər qaynaqları da Sudan ordusunun kəşfiyyat xidmətinin hakimiyyətdəki Milli Konqres Partiyasının yüzdən çox rəhbərinin saxlanıldığını bildirir. Əlavə edilir ki, prezident artıq istefa verib və özü ev dustaqlığındadır. Onun mühafizəçiləri də saxlanılıb.
Sudan ordusu rəhbərliyinin yaxın saatlarda açıqlama ilə çıxış edəcəyi gözlənilir.