11 Aprel 2019 15:23
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski seçkinin ikinci turu öncəsi 61 faiz səs toplayıb, Petro Poroşenkonun reytinqi isə 24 faiz təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu nəticələr “Reytinq” sosioloji qrupunun keçirdiyi sosioloji sorğu nəticəsində üzə çıxıb.

Bu, ikinci tur seçkiləri öncəsi keçirilən ilk sosioloji sorğudur. Seçicilərin 15 faizi isə kimə səs verəcəyini müəyyənləşdirə bilməyiblər.

V.Zelenskini dəstəkləyən seçicilərin 41 faizi bildirib ki, onlar əsl niyyəti Zelenskini dəstəkləmək yox, P.Poroşenkonun əleyhinə səs verməkdir.

Sorğu aprelin 5-dən 10-dək Kiyevin nəzarəti altında olmayan Donbas ərazisi istisna olmaqla Ukraynanın bütün regionlarında keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 3 min nəfər iştirak edib.

Ukraynada prezident seçkisinin ikinci turu aprelin 21-də keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər