İranda qətldə ittiham olunaraq ölümə məhkum edilən daha 1 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, ölüm hökmü 4 gün əvvəl icra edilsə də, bu barədə məlumat yeni yayılıb.
Məlumata görə, 4 il əvvəl naməlum səbəbdən baş vermiş bir davada qətl törətdiyinə görə edama məhkum edilmiş 36 yaşlı Davud Mohebzadə aprelin 7-də Qorqan şəhər həbsxanasında dara çəkilib.
Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat verilməyib.