Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyan Avropadadır.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aleksandr Sərkisyanın oğlu Hayk Sərkisyan bildirib.
Onun sözlərinə görə, atası Avropada tətildədir.
Aleksandr Sərkisyanın öz vətəninə qayıdıb-qayıtmaq istəməməsi barədə suala Hayk cavab verməyib.
Qeyd edək ki, Aleksandr Sərkisyan fırıldaqçılıqda və dövlətə məxsus maddi vəsaitləri mənimsəməkdə ittiham olunur. Buna görə Ermənistandan getməsinə icazə verilməsə də, imkan taparaq ölkədən qaçmağı bacarıb.
Mənsur Rəğbətoğlu