İspaniyanın Mallorka limanından oğurlanan yaxta gəmi Türkiyənin Muğla şəhərinin Güllük limanında ələ keçirilib.
Teleqraf.com xəbər verir ki, bu cinayətə görə türk və rus vətəndaşları həbs edilib.
Aprelin 9-da Malta bayrağı ilə üzən gəminin İspaniyanın Mallorka limanında qaçırıldığı və Mərmərə limanına gətirildiyi haqda xəbər əldə olunub.
Bu barədə Türkiyənin Sahil Təhlükəsizlik Xidməti məlumatlandırılıb. Xidmətin mütəxəssisləri Güllük limanında olan yaxtanı nəzarətə alaraq onu araşdırmağa başlayıb.
İnterpolla qurulan koordinasiyalı əlaqə əsasında yaxtada aparılan araşdırma zamanı onun İspaniyadan qaçırılan gəmi olduğu müəyyən edilib.
Yaxtada olan 3 türk və rus vətəndaşı isə saxlanılıb.