Cənubi Sudan prezidenti Salva Kiir Mayardit Vatikana səfər edib.
Teleqraf.com xəbər verir ki, Roma Papası Fransisk görüş zamanı Cənubi Sudan liderindən ölkədə baş verən hərbi çevrilişlə bağlı kömək istəyib.
82 yaşlı Papa qonaqların ayağından öpərək Sudanda sülhün davam etməsi üçün dəstək göstərmələrini xahiş edib.
Fransisk ölkədə yenidən vətəndaş müharibəsinin baş verməməsi üçün təcili olaraq hərəkətə keçmələrinin vacib olduğunu bildirib.