Ukrayna lideri Pyotr Poroşenko NATO-ya giriş üzrə referendum keçirəcəyinə söz verib.
Dövlət başçısı bu haqda Kiyevdə təhlükəsizlik üzrə forumda bildirib.
“NATO üzrə referendum olacaq. Bu o zaman baş verəcək ki, biz NATO-ya girişə hazırlaşacağıq və xalq Konstitusiyaya dəyişikliklər edəcək”, - deyib.
Poroşenko vurğulayıb ki, hazırlığı artıq indi başlamaq lazımdır.