12 Aprel 2019 22:11
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəni Adana şəhərində suriya əsilli şəxs dünyanın ən bahalı maddəsi olan kaliforniumu satmaq istəyərkən yaxalanıb.

Teleqraf.com xəbər verir ki, 20 min dollar dəyərində olan radioaktiv maddənin atom kütləsi 98, yazılışı Cf-dir. Maddə ilk dəfə 1950-ci ildə Kaliforniya Universitetinin müəllimləri tərəfindən küriyumun alfa zərrəcikləri ilə bombardmanı zamanı alınmışdır. Aktinoidlər sırasının 9-cu və urandan sonra sintez edilən 6-cı elementdir. Elementin adı kəşf olunduğu yerin və universitetin şərəfinə adlandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər