13 Aprel 2019 07:45
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nepal hökuməti dünyanın ən yüksək zirvəsi olan Everestə (8848 metr) tədqiqatçılardan ibarət komanda göndərib. Komandaya dağın hündürlüyünün yenidən ölçülməsi tapşırığı verilib.

Bu qərarın səbəblərindən biri Everestin hündürlüyünün xüsusilə 2015-ci ildəki dəhşətli zəlzələdən sonra xeyli azalması ilə bağlı əsassız söz-söhbətlərdir.

Alpinistlər aprelin 10-da yola düşüblər.

Qeyd edək ki, Çin tərəfi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşən Comolunqma (Everest) zirvəsinin əslində bu göstəricidən 3,57 metr alçaq olduğunu bildirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər