13 Aprel 2019 07:05
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tümen vilayətində anti-terror əməliyyatı keçirilib.

Əməliyyatın gedişatında İŞİD terror təşkilatının iki tərəfdarı məhv edilib.

Əməliyyatda təxminən 1500 təhlükəsizlik əməkdaşı iştirak edib. Məlumata görə, həyət evlərindən birində gizlənən İŞİD tərəfdarları Federal Təhlükəsizlik Xidməti və Rusiya Milli Qvardiyasının əməkdaşlarının təslim olmaq barədə tələbinə atəşlə cavab veriblər.

Bundan sonra, təhlükəsizlik əməkdaşları terrorçuların olduğu ərazini atəşə tutublar. Əməliyyatın gedişatında zirehli texnika və böyuk kalibrli silahlardan istifadə olunub.

Əməliyyat zamanı evdə yanğın baş verib. Əməliyyatın sonunda evdə iki nəfərin cəsədi aşkar edilib.

İlkin məlumatlara görə, Tümenin dinc sakinlərindən heç kim zərər çəkməyib.

Qeyd edilir ki, İŞİD tərəfdarları insanların kütləvi toplaşdığı yerlərdə terror aktları planlaşdırırdılar.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər