Yəmən parlamenti 2015-ci ildən bu yana ilk dəfə iclas keçirib.
Teleqraf.com xəbər verir ki, Yəmən Prezidenti Abdurabbu Mənsur Hadi də ilk dəfə toplantıya qatılıb.
Seyun şəhərində baş tutan toplantıya Körfəz və ərəb ölkılərinin səfirləri də qatılıb.
Sultan əl-Burkani səs çoxluğu ilə parlamentin sədri seçilib.
Toplantıda 143-dən çox deputat iştirak edib.
Qeyd edək ki, Yəməndə 2003-cü ildə 301 deputatın seçildiyi parlament faktiki olaraq Yəmən hökuməti və Husiləri dəstəkləyərək ikiyə bölünüb. İndiyə qədər 34 deputat vəfat edib.