Son günlər İranda müşahidə edilən güclü sel və daşqınların ölkəyə vurduğu maddi ziyan açıqlanb.
Teleqraf.com xəbər verir ki, İranın daxili işlər naziri Əbdülrza Rəhimi Fəzlinin sözlərinə görə, 25 əyalətdə baş verən təbii fəlakət nəticəsində ölkəyə 7 milyard 619 milyon dollar ziyan dəyib.
Qeyd edək ki, martın 17-dən başlayan leysan yağışlar İranın 31 əyalətindən 25-də böyük dağıntı və tələfata yol açıb.
Sel və daşqınlar Fars əyalətində 23, Loristanda 14, Gülüstanda 8, Mazandaran, Həmədan və Huzistanda 5, Şimali Xorasan və Kohgiluye-Buyer Əhməddə 3, İlamda 2, Xorasan Rezevi, Simnan, Kirmanşah, Qum, İsfahan, Qəzvin və Zəncan əyalətlərində 1 nəfər olmaqla, 79 nəfərin ölümünə səbəb olub.