14 Aprel 2019 20:53
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhərində terrorçuların quraşdırdığı mina partlayıb.

Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində bir uşaq həlak olub, iki uşaq isə xəsarət alıb.

Məlumata əsasən, onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, ötən gün Hələbin Əl-Həmdaniyə rayonunda baş verən partlayış nəticəsində 2 uşaq həlak olub, 5 nəfər isə yaralanıb.


Müəllif: Teleqraf.com