15 Aprel 2019 16:25
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Ermənistanın keçmiş prezidenti Robert Koçaryana məktub yazıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Nazarbayev məktubda Qazaxıstanın daxili siyasətində və idarəçiliyində baş verən dəyişikliklərlə bağlı Koçaryanı məlumatlandırıb.

Koçaryanla birgə fəaliyyəti illərini yaxşı xatırladığını deyən Nazarbayev bundan sonra da onunla şəxsi əlaqələrini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Koçaryan 2008-ci il 1 mart hadisələrinə görə Nikol Paşinyan hakimiyyəti tərəfindən həbs olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər