Ukraynanın Çerkassı şəhərində məktəblərin birində 70-dən çox şagird zəhərlənib.
Teleqraf.com-un məlumatına görə, şagirdlərdən 38-i xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, uşaqlar naməlum maddədən zəhərlənib. Xəstəxanaya yerləşdirilənlərin həyatına təhlükə olmadığı deyilir.
Hazırda zəhərlənmənin mənbəyi ilə bağlı araşdırma aparılır.