ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının üzvü olan Bill Veld namizədliyini irəli sürəcək.
Teleqraf.com xəbər verir ki, Bill Veld indiki prezident Donald Trampla eyni partiyanın üzvüdür. Bu o deməkdir ki, Tramp Demokrat Partiyasından olan rəqibləri ilə yanaşı öz partiyasından namizəd olacaq Bill Veldə qarşı da mübarizə aparmalıdır.
Bill Veld Massaçusets ştatının qubernatoru olub.
CNN Televiziyasına açıqlama verən 73 yaşlı Bill Veld bildirib ki, Donald Trampın 2020-ci ildə prezident seçilməsi və daha 4il Ağ Evdə əyləşməsi “siyasi faciə” olardı.
ABŞ-ın gələcəyi üçün narahatlıq duyduğunu ifadə edən keçmiş qubernator əlavə edib ki, prezidentliyə namizədliyini irəli sürməsə özündən utanar.
O, deyib ki, Respublika Partiyasının namizədi olmaq şansını itirsə seçkilərə müstəqil namizəd kimi qatılacaq.