16 Aprel 2019 11:37
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiya Silahlı Qüvvələrinin bir nömrəli xüsusi qrupu Suriyaya göndərilib.

Teleqraf.com xəbər verir ki, xüsusi qrup Suriyada yoxa çıxan Yeni Zelandiyalı tibb bacısını və iki suriyalı sürücünü axtaracaq.

Məlumat üçün qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Təşkilatının xətti ilə Suriyaya yollan Yeni Zelandiyalı tibb bacısı 2013-cü ildən itkin düşüb.

Xüsusi qrup Suriyada itkin düşən 62 yaşlı tibb bacısı Louisa Akavini tapmalıdır.

Yeni Zelandiya baş nazirinin müavini Vinston Peters deyib ki, tibb bacısı qaçırılıb və onun təhlükəsizliyi üçün saxlanıldığı yer gizlədilir. İŞİD tərəfindən qaçırılan tibb bacısının sağ olduğu düşünülür.

Ehtimal edilir ki, Louisa Akavinin İŞİD nəzarətində olan xəstəxanaların birində peşəsini davam etdirməyə icazə verilib.


Müəllif: Cavad