16 Aprel 2019 14:05
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada Milli Birlik Hökumətinin nəzarətində olan qırıcı təyyarələr feldmarşal Xəlifə Haftarın nəzarətində olan ordunun qərargahını bombalayıb.

Teleqraf.com xəbər verir ki, qırıcı təyyarələr general Xəlif Haftarın paytaxt Tripolidən 650 kilometr uzaqlıqda yerləşən Hun bölgəsindəki qərargahını bombalayıb.

Feldmarşala bağlı qüvvələr qırıcı təyyarələrə qarşılıq veriblər, lakin hadisə nəticəsində baş verən itkilər haqqında məlumat açıqlanmayıb.

Qeyd edək ki, feldmarşal Haftarın nəzarətində olan qüvvələr aprelin 4-dən başlayaraq, paytaxt Tripolini ələ keçirmək üçün hücuma start veriblər. Liviya Milli Birlik Hökumətinin nəzarətində olan qüvvələr isə bu hücuma müqavimət göstəriblər.


Müəllif: Cavad

Oxşar xəbərlər