16 Aprel 2019 16:30
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Viktor Hüqonun məşhur əsəri – “Paris Notr-Dam kilsəsi” və ya “Notr-Dam kilsəsinin qozbeli” tarixi romanı dünən axşam baş verən yanğından sonra “Amazon” saytında 10 ən populyar kitab siyahısına düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə BFM TV televiziyası məlumat yayıb.

Məlumata görə, romanın bir nəşri üçüncü yerdə, digər nəşri səkkizinci yerdə qərarlaşıb. Həmçinin Parisdə yol xəritələrinə olan tələbat artıb.

Kanal xatırladır ki, bənzər hadisə 13 noyabr terror aktından sonra da baş vermişdi. Həmin vaxt onlayn-mağazada Ernest Heminqueyin “Hər zaman səninlə olan bayram” əsərinə tələbat artırmışdı.


Müəllif: Səxavət