Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsi və yeni seçkilərin keçirilməsini özündə ehtiva edən şikayətini Türkiyə Yüksək Seçki Qurumuna təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu haqda AKP-nin Seçki Qərargahının rəhbəri Əli İhsan Yavuz bildirib.
O, deyib ki, Türkiyə vaxtı ilə saat 15:30-da etiraz müraciəti Yüksək Seçki Qurumuna təqdim edib.
Qeyd edək ki, AKP Yüksək Seçki Qurumundan İstanbul seçkilərinin nəticələrinin ləğvini və yeni seçkilərin keçirilməsini tələb edib.